- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
«Bu gün Azərbaycanın ən yaxşı komandasına qarşı oynayırdıq. Rəqibə layiqli müqavimət göstərdik». Bunu allsport.az saytına açıqlamasında «Xəzər Lənkəran»ın futbolçusu Elnur Abdullayev dedi.
«Qarabağ» klubuna 2:3 məğlub olduqları matç barəsində hücumçu bildirdi ki, yersiz səhvlər nəticəsində üstünlüklərini əldən veriblər:
«Qapıçımız kobud səhv etdi. Oyunu udmalı idik. «Qarabağ» komandasına qarşı yaxşı köklənmişdik. Hakimlər barəsində banışmaq istəmirəm. Onlar da insandılar. Amma bəzi məqamlarda referilər futbolçuları qızışdırırdılar. Bu, matçın ümumi ruhuna təsir edirdi».