- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün Helsinkidə UEFA-nın 41-ci konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə qurumun icraiyyə komitəsinə seçkilər olub. Növbəti dördillik müddətə İK-ə 8 üzv – Karl-Erik Nilsson (İsveç), Con Dileyni (İrlandiya), Mikele Uva (İtaliya), Zbiqnev Bonek (Polşa), Raynhard Qrindel (Almaniya), Devid Hill (İngiltərə), Mixael van Praaq (Niderland) və Sərvət Yardımçı (Türkiyə) seçiliblər.
Taliblərdən biri AFFA baş katibi Elxan Məmmədov olub. O, 24 səs toplayıb, amma istəditi qurumda yer ala bilməyib. Armand Duka (Albaniya), Marios Lefkaritis (Kipr) və Kiran O`Konnor (Uels) da seçilməyiblər. Sonra FIFA Şurasına UEFA nümayəndələri seçilib. Toplantıda AFFA-nın prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov da iştirak edirlər.