- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Milli komandanın taeкvondoçusu Fəridə Əzizovanın Yasamal rayonunda yerləşən mənzilindən 70 min manata yaxın pul olan seyf oğurlanıb. Allsport.az saytı xəbər verir ki, cinayət ötən ilin sentyabrında törədilsə də, oğrunu tutumaq üçün polislər bir neçə ay istintaq-əməliyat tədbiri həyata keçirməli olub.
Nəhayət bir neçə gün əvvəl idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov həbs edilib. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
Criminal.az-ın məlumatına görə, oğurluq edən şəxs titullu taekvondoçunun rəfiqəsinin sevgilisidir. Fərizə Əzizova dünya və Avropa çempionatlarının bürünc, Bakı-2015 Avropa oyunlarında gümüş medalçısıdır. Yüкsəк nailiyyətlərə və Azərbaycan idmanının inкişafında böyüк xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.