- Baxış sayı: 43
- 03 Dekabr 2024 17:19
- Baxış sayı: 317
- Dekabr 02, 2024
- 0
“Qəbələ”nin prezidenti Fariz Nəcəfov, bu idman klubunun üzvü Rafael Ağayevlə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda 5-qat dünya və 11-qat Avropa çempionunun Tokio-2020 yay olimpiya oyunlarında çıxışı barədə fikir mübadiləsi aparılıb.
Karateçimizin 75 kq-da gümüş medal qazanması yüksək qiymətləndirib. Fariz Nəcəfov onu həm bu mükafat, prezidenti İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Klub rəhbəri dünya karatesinin əfsanəsinə gələcək yarışlarda da uğurlar arzulayıb.
Karateçi, göstərilən dəstək üçün təşəkkür edib. O bundan sonra da bütün yarışlara uğurlarını artırmaq və üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandırmaq üçün yollanacağını söyləyib.