- Baxış sayı: 38
- 18 Noyabr 2024 20:21
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə “Şüa” idman–sağlamlıq kompleksində keçirilən “Federasiya kuboku” Top-8 turniri başa çatıb. Allsport.az xəbər verir ki, yarışın təşkilində məqsəd respublikada stolüstü tennisi təbliğ etmək və turnirdə iştirak edən 8 kişi və 8 qadın tennisçi arasında ən güclüləri müəyyənləşdirmək olub.
Yarışların nəticələrinə görə kişi idmançılar arasında birinci yeri Cəfər Cəfərzadə tutub. Qadın idmançılar arasında isə Çen Xingtai qalib adını qazanıb.
Turnirin bağlanış mərasimində çıxış edən federasiyanın baş katibi Səbuhi Mehdizadə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, bu diqqət və qayğı nəticəsində stolüstü tennisin də sürətlə inkişaf etdiyini, onun təbliği üçün zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
Sonda qaliblər kubok, diplom və mükafatlar ilə təltif olunublar.