Fernandeşdən uğurlu göstərici

“Mançester Yunayted”in kapitanı Brunu Fernandeş premyer liqada “Tottenhem” üzərində qazanılan 2:0 hesablı qələbədə vurduğu qolla klub tarixinə düşüb.

Allsport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu qolla “qırmızı şeytanlar”ın heyətində ölkə çempionatında 200-cü qol töhfəsinə imza atıb.

Fernandeş bu nəticəni cəmi 314 oyuna əldə edərək, klub tarixində bu saya ən tez çatan ikinci futbolçu olub.

O, bu göstəricidə Rayan Qiqqz, Kriştianu Ronaldu və Devid Bekhem kimi əfsanələri qabaqlayıb.

Həmin kateqoriyadan