- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi” “Sabah”la qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “flaqman”ınbaş məşqçisi Samir Abbasov matçı şərh edib:
“Əlbəttə, finala yüksələcəyimizə inamım var. Cavab matçına qələbə üçün çıxacağıq. Yeganə çıxış yolumuz qalibiyyətdir. Bu gün təkbətək mübarizələrdə rəqibə uduzduq. Futbolçularda bəzi şeyləri dəyişməli, bəzi epizodları yaxşılaşdırmalıyıq. Düşünürəm ki, bunları eləsək, finala yüksələcəyik”.