Firdovsi Umudov ölkə başçısının çağırışına qoşularaq, 200 aztəminatlı ailəyə yardım edib

Ölkəmizdə koronavirus pandemiyası səbəbi ilə xüsusi karantin rejimi davam edir. Allsport.az saytı xəbər verir ki, bu çətin dönəmdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən başladılan dəstək dalğası məmləkətin dörd bir tərəfini əhatə edir. Ötən gün sosial aksiyaya öz səxavəti ilə bilinən Güləş federasiyasının vitse-prezidenti Firdovsi Umudov da qoşulub.

O, ölkə başçısının “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına örnək olaraq, Qazaxda 200 aztəminatlı ailəyə, əsasən, yaşı 65-dən yuxarı tənha şəxslərə, şəhid və qazi ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bağlama paylayıb.

Bununla yanaşı, dünya kubokunun sahibi xəstə və ehtiyacı olan ailələri evlərində ziyarət edib, onların digər qayğıları ilə maraqlanıb, dövlətimiizn apardığı uğurlu siyasətdən danışıb, hamını səbrli və bir olmağa çağırıb.

Həmin kateqoriyadan