- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Ukrayna yığmasının baş məşqçisi Mixail Fomenko maraqlı açıqlama verib. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları dilə gətirib:
“Azərbaycana üz tutan futbolçuların yığmaya yolu bağlanmayıb. Özünü yaxşı tərəfdən göstərən hər futbolçunu milliyə dəvət edəcəyəm. Bu ölkəni təmsil edən “Qarabağ”ın Avropa Liqasında “Dnepr”ə qarşı necə oynadığını yada salın.
Fikrimcə, Azərbaycanın top-klubları bizim əksər komandalarımızdan geri qalmır. Çünki onlar da qarşılarına daim avrokuboklarda oynamaq hədəfini qoyurlar”.
Qeyd edək ki, qış transfer pəncərəsində 3 ukraynalı futbolçu – Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomin “Qəbələ”yə keçib.