- Baxış sayı: 37
- 14 Aprel 2025 10:00
- Baxış sayı: 81
- Aprel 14, 2025
- 0
23-26 fevralda Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə şəhərində karate-1 yeniyetmə liqası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaq.
67 ölkədən 1169 idmançının iştirak etdiyi turnirində klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edəcək. Seçməni məşqçilərdən Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev və Akif Kərimov müşayiət edəcəklər.
Hakimlər briqadasında bizdən Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev yer olacaq.