- Baxış sayı: 71
- 30 Noyabr 2025 23:49
- Baxış sayı: 61
- Dekabr 05, 2025
- 0

Sumqayıt olimpiya idman kompleksində uşaq, yeniyetmə və gənclər arasında fudokan karate-do üzrə açıq turnir keçirilib.
Allsport.az xəbər verir ki, federasiyanın Sumqayıt nümayəndəliyinin təşəbbüsü ilə baş tutan yarış Zəfər gününə həsr edilib.
Açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayan turnirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.