- Baxış sayı: 17
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
AFFA-nın baş katibi Elxan Məmmədov Kiprdə UEFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib. Allsport.az saytı xəbər verir ki, qurunum icraiyyə komitəsinə namizədliyi irəli sürülmüş Zbigniew Boniek (Polşa), Kairat Boranbayev (Qazaxıstan), John Delaney (İrlandiya), Armand Duka (Albaniya), Reinhard Grindel (Almaniya), Marios N. Lefkaritis (Kipr), Karl-Erik Nilsson (İsveç), Kieran O’Connor (Uels), Michele Uva (İtaliya), Michael van Praagın (Niderland) da iştirak etdiyi tədbirdə namizədlər seçki proqramı ilə bağlı ətraflı çıxış ediblər.
Tədbir həmçinin Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Makedoniya, Rusiya, Kosovo, Serbiya, Sloveniya, Türkiyə və Yunanıstan futbol federasiyalarının nümayəndələrinin işitirakı ilə keçirilib.
Sonda UEFA nümayəndələri tərəfindən danışılmış oyunlarla bağlı çıxış və müzakirələr aparılıb, milli assosiasiyalara bu cür hallarla daha ciddi mübarizə aparılması tövsiyə olunub.