VİDEOYAZI
“Gəmiçilər” son dəqiqə qolları ilə uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünə çıxıb. Allsport.az xəbər verir ki, Elbrus Məmmədovun komandası bu dəfə Ukraynanın “Metallurq” klubu ilə qarşılaşıb.

Oyunda hesabı lənkəranlılar açıblar. Amma son dəqiqələrdə ardıcıl iki qol vuran ukraynalılar Azərbaycan klubu üzərində əzmkar qələbəyə seviniblər.

Qeyd edək ki, ilk yoxlama oyununda Türkiyənin həvəskarlardan ibarət “Təkirdağspor” klubu ilə 2:2 hesablı heç-heçə edən cənub təmsilçisi ikinci matçında Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan “Kemnitser”ə uduzub – 0:2.

Yoxlama oyunu
17 yanvar

“Xəzər Lənkəran” – “Metallurq” (Zaporojye) – 1:1 (1:0)
Qol: S.Tounkara, 31 (1:0).

Həmin kateqoriyadan