- Baxış sayı: 9
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

“Kəpəz” ölkə kubokunda 30-cu ev qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, Gəncə təmsilçisi 1/8 finalda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.
“Sarı-göylər” bunadək kubokda keçirdiyi 47 ev matçında 29 dəfə qələbə sevinci yaşamışdı. 30-cu uğuru 48-ci matça təsadüf edən qərblilər 6 heç-heçə edib və 12 dəfə uduzub.
“Kəpəz” Azərbaycan kubokunun ev oyunlarında 30 və daha çox qələbəsi olan 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma divarlar arasında daha çox görüşdə qalib olub.