- Baxış sayı: 40
- 18 Noyabr 2024 20:37
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Yeniyetmə və gənc karateçilərimiz İtaliyanın Venesiya şəhərinə yola düşüb.
Allsport.az xəbər verir ki, karate üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandası İtaliyanın Venesiya şəhərində 13-cü dünya çempionatında iştirak edəcək.
Yığmamız dünya çempionatında 25 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.
Dünya çempionatında 2 hakimimiz ədaləti qoruyacaq. Bunlar AKF-nin hakimlər komitəsinin sədri Cahangir Babayev, eləcə də 14 və 17 yaşlı idmançılardan ibarət kata üzrə yığmanın baş məşqçisi Vüqar Kərimovdur.
Yığmamız yarışa AKF-nin baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.