- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycanın gənc taekvandoçulardan ibarət millisi noyabrın 16-20-da Kanadanın Burnabı şəhərində dünya birinciliyində iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, 102 ölkədən 846 idmançının mübarizə aparacağı yarışda komandanız 8 oğlan və 6 qızla təmsil olunacaq.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov heyətə Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Məhəmmədov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq) və Mərd Çiçəyi (73 kq); Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevanı (55 kq) daxil ediblər.
4 gün davam edəcək birincilik Burnabi şəhərinin “Bill Copeland” idman arenasında keçiriləcək. ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Kanadaya yollanmış komandamız noyabrın 21-də Vətənə qayıdacaq.