- Baxış sayı: 46
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bu gün gənc taekvondoçulardan ibarət yığmamız Ukraynaya yollanıb. Allsport.az saytı xəbər verir ki, Xarkovda bir neçə komanda arasında təşkil olunan təlim-məşqlərə dəvət alan millimiz 16 idmançı ilə təmsil olunacaq.
Baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərlik etdiyi komandaya Riyad Şirəliyev (45 kq), Nihad Abbasov (48 kq), Səyyad Dadaşov (51 kq), Pərviz İsgəndərov (55 kq), Nicat Zamanov (59 kq), Kənan Mahmudov (59 kq), Pirəli Cəfərli (73 kq), Taleh Süleymanov (78kq), Vüsal Balaqadaşov (78 kq yuxarı), Səidə Əliyeva (42 kq), Ofelya Allahverdiyeva (44 kq), Fəridə Rzayeva (49 kq), Mirvari Qəmbərli (52 kq), Qönçə Hüseynli (55 kq), Leyla Məmmədova ( U-21, 57 kq) və Ələsgər Əliev (U-2, 68 kq)daxil ediliblər.
10 gün davam edəcək məşqlərin sonunda taekvondoçularımız digər ölkəkəri təmsil edən idmançılar ilə qüvvələrini sınayacaq.