- Baxış sayı: 85
- 23 Noyabr 2025 10:00
- Baxış sayı: 89
- Dekabr 05, 2025
- 0

2-7 avqustda Bolqarıstan paytaxtı Sofiyada gənc taekvondoçuların dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında 15 idmançı təmsil olunacaq.
Oğlanlarda Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq) çıxış edəcəklər.
Qızlarda Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) mübarizə aparacaqlar.