- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Sentyabrın 22-25-də Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfəindən təşkil edilən açıq birincilik keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Moskvada baş tutacaq növbəti beynəlxalq “Russian open”də gənclərdən ibarət yığma komandamız quvvəsini sınayacaq.
Sayca 6-cı olan G2 dərəcəli yarışda millimiz 15 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyi öncəsi oğlanlardan 46 kq çəki dərəcəsində Murad Muradov, Ayaz Qəmbərli və Bəhruz Quluzadə, Cavid Məmmədov (48 kq), Əli İsazadə (51 kq), Qaşım Məhəmmədov (55 kq), Nurlan Fətəliyev (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mərd Çiçək (73 kq) və Fərhan Məmmədliyə (78 kq) şans verəcəklər.
Qızlardan isə Mehribam Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva, Mirvari Qəmbərli (hər ikisi – 46 kq), Leyla Məmmədova, Diana Haçıəliyeva (49 kq) və Şəms İsayeva (52 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar. Turnir “Dostluq” idman arenasında keçiriləcək.
Qeyd edək ki, respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının yetirmələri də bu yarışda dayanq üzərinə çıxacaq. Milli komandamız 26 senytabrda Vətənə dönəcək.