- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Gənc taekvondoçulardan ibarət Azərbaycanın millisi Serbiya paytaxtı Belqrad “Pioner” idman arenasında keçirilən beynəlxalq turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, komandamız “G1” kateqoriyalı yarışda 12 idmançı ilə təmsil olunub. Azay Qənbərli (45 kq) bütün rəqiblərindən üstün olub.
Onun finalda rəqibi komanda yoldaşı Bəhruz Quluzadə olub. Digər taekvondoçularımızdan Qasım Məhəmmədov (55 kq) və Ələsgər Əliyev (68 kq) həlledici döyüşdə məğlub olaraq, gümüş medalla kifayətləniblər. Əli Məmmədovun (59) və Aliyə Zeynalova (44 kq) 3-cü yer tutublar.
Azərbaycan millisi noyabrın 16-20-də Kanadada keçiriləcək gənclər arasında dünya birinciliyində də iştirak edəcək.