- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün gənclərdən taekvondoçulardan ibarət Azərbaycanın millisi Serbiyaya yollanıb. Allsport.az saytı xəbər verir ki, mövsümün sonuncu G1” kateqoriyalı yarışında komandamız 12 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Serbiya açıq birinciliyində oğlanlardan Bəhruz Quluzadə, Ayaz Qənbərli (hər ikisi – 45 kq), Cavid Məmmədov (48 kq), Qaşım Məhəmmədov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacəliyevaya (55 kq) şans verəcək.
Oktyabrın 29-30-da təşkil ediləcək açıq birincilik Belqrad şəhərinin “Pionir” idman arenasında keçiriləcək. Millimiz oktyabrın 31-də Vətənə qayıdacaq. Komandamız Kanadada təşkil ediləcək gənclər arasında dünya birinciliyinə noyabrın 16-20-də qatılacaq.