Gənc taekvondoçuların Koreya səfiri kuboku

Taekvondo federasiyasının və Koreya respublikasının səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə gənclərlərin Koreya səfiri kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sentyabrın 13-14-də Abşeron olimpiya idman kompleksində 2002-2004-cü il təvəllüdlülər dayanq üzərinə çıxacaqlar.

Yarış Azərbaycanda və bölgələrdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan ilə Koreya arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

Həmin kateqoriyadan