- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” Olimpiya İdman Mərkəzində gənc taekvondoçular arasında ölkə birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yanvarın 17-də başlayan və üç gün davam edən turnirin sonuncu günündə 7 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Qızların yarışında Nərgiz Babayeva (46 kq), Nərmin Süleymanova (52 kq), Diana Hacıəliyeva (55 kq), Cənnət Balakişiyeva (59 kq) rəqiblərinə qalib gələrək çempion adına sahib olublar.
Oğlanların yarışında isə Qasım Aslanov (59 kq), Niyaz Zülfüqarlı (68 kq) və Orxan Tağızadə (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yanvarın 20-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində ustalar arasında Azərbaycan çempionatına start veriləcək. Yarışda Bakıda və bölgələrdə fəaliyyət göstərən komandaların heyətində 230 idmançı çempionluq uğrunda mübarizə aparacaq.