- Baxış sayı: 59
- 14 Yanvar 2025 16:34
- Baxış sayı: 639
- Yanvar 10, 2025
- 0
Bolqarıstan paytaxtında gənclər arasında ilk liqada 9 karateçimizdən yalnız Polina Hurenko (59 kq) fərqlənib. Allsport.az saytı xəbər verir ki, ukraynalı legionçu yaponiyalı Asiya çempionu Rufi Fujita ilə həlledici görüşdə qələbəyə yaxın olsa da, sona yaxın zədələnərək döyüşü dayandırmalı olub.
O, Buenos Ayres yeniyetmələrin olimpiya oyunlarına lisenziya xallarına da yiyələnib. Sofiyada gənclər liqasında rekord sayda, 72 ölkədən 1878 karateçi mübarizə aparıb. Komanda yarışa Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edib.
Payızda olimpiadaya xallar qazandıran növbəti mötəbər yarış iyunun axırı Xorvatiyada keçiriləcək. Milli səfərdən qayıtdıqdan sonra, növbəti lisenziya turnirinə hazırlıqları davam etdirəcək.