Gənclər və idman nazirliyində yeni təyinat gözlənilir

Allsport.az saytının əldə etdiyi məlumaya görə, Su idman növləri üzrə yüksək idman ustalığı məktəbinin direktorluğu Mehman Alimova həvalə olunacaq. Bu vəzifə xeyli müddətdir boş qalıb. Həmin idman məktəbini uzun müddət Pirəli Rəhimov idarə edib.

Mehman Alimov Mingəçevirin “Kür” həndbol klubunun idarə heyətinin sədridir; eyni zamanda, GİN-in tabeliyində olan Futbol üzrə ixtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatı məktəbinin nəzdində fəaliyyət göstərən “Ulduz” futbol akademiyasının direktorudur.

Daha öncə “Neftçi” futbol məktəbində əlaqələndiri işləyib.

Həmin kateqoriyadan