- Baxış sayı: 18
- 21 Noyabr 2024 14:56
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
UEFA-nın, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində sosial xidmətlər agentliyinin dəstəyi ilə və AFFA-nın təşkilatçılığı ilə 50 yaş üzəri ahıl şəxslər üçün “Gəzinti futbolu” adlı sosial layihəyə start verilib. Allsport.az saytı xəbər verir ki, əsas məqsəd yaşlı insanları aktiv və faydalı yaşlanmaya, cəmiyyətdə fəal rol oynamağa, asudə vaxtlarını səmərəli təşkil etmək və onları daimi diqqətdə olduqlarını hiss etdirməkdir.
Layihənin açılışında AFFA tərəfindən kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, futbol sosial məsuliyyət üzrə menecer Kifayət Mustafayeva, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Samirə Mehdiyeva, sosial xidmətlər agentliyinin əməkdaşları Sərvər Abdullayev və Sevinc Əmirova iştirak ediblər.
AFFA tərəfindən təşkil olunmuş məşqçi heyəti həftədə iki dəfə olmaqla ahıl şəxslər üçün gəzmək üzərindən futbol dərsləri, məşqləri həyata keçirilir. Layihənin təşkil olunması üçün ahıl şəxslər AFFA Tərəfindən idman ləvazimatları ilə təmin olunub.