- Baxış sayı: 6
- 09 Fevral 2026 11:26
- Baxış sayı: 67
- Fevral 08, 2026
- 0

“Sumqayı” premyer liqanın XIX turunda “Zirə”yə 2:3 hesabı ilə uduzub.
Allsport.az xəbər verir ki, görüşdən sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliç mətbuat konfransında iştirak edib:
“Nəticə ürəyimizcə olmasa da, maraqlı oyun getdi, gözəl qollara şahidlik etdik. Müdafiə xəttində bir sıra dəyişikliklər etmişdik. Lakin bunun nəticəyə təsiri olmadığını düşünürəm. Artıq bugünkü oyunu unudub növbəti oyuna hazırlaşmalıyıq”.