- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyinin təşkilatçılığıyla həvəskarlar arasında keçirilən “Unutma, YAŞAT!” mini futbol turnirinin yarımfinal görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan güləş federasiyasının komandası Sumqayıt gənclər və idman baş idarəsi ilə qarşılaşıb. Yaşar Əliyev, Sənan Süleymanov, Coşqun Əzimov, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Hacı Əliyevdən qurulmuş heyət əla oyun göstərərək, güclü rəqibinə qalib gəlib.
Yığmanın məşqçiləri Rövşən Hacıyev, Nazim Əlicanov, Əsgərxan Novruzov və Əşrəf Əliyevin də canlı izlədiyi qarşılaşmada güləşçilərimiz 3:1 hesablı qələbə əldə edib. Komandanın heyətində Toğrul Əsgərov dubl edib, qollardan birini isə Hacı Əliyev vurub.
Digər oyunda Tovuz Gİİ Qax Gİİ-ni 2:0 hesabıyla məğlub edib.Beləliklə, noyabrın 8-də “Neftçi”nin sabiq bazasında saat 14:00-da Sumqayıt – Qax görüşü keçiriləcək və 3-cü yerin sahibi müəyyənləşəcək.Saat 15:00-da isə AGF – Tovuz Gİİ finalı başlayacaq.