Hər gün 1 mükafat – dayanq ustalarımız qitə çempionatından 1 dəst medalla dönür

İsveçrənin Montrö şəhərində taekvondoçuların Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə dayanq üzərinə daha 2 təmsilçimiz çıxıb .

Payam Qobadi Oğaz (87 kq) ilk görüşündə xorvatiyalı Nikolo Bojonu, sonra fransalı Mbar Ndayeni üstələyib. O, 1/4 finalda böyük britaniyalı Damon Sansumu mübarizədən kənarlaşdırıb. Yarımfinalda rus rəqibi Vladislav Larinə uduzan taekvondoçumuz, 3-cü yer tutub.

Dünya və Avropa çempionumuz Radik İsayev (+87 kq) ilk döyüşdə gözlənilmədən ukraynalı Mixaylo Şelestə 4:5 hesabı ilə uduzaraq, mübarizəni erkən bitirib.

Beləliklə, komandamız, 37 ölkədən 387 taekvondoçunun qatıldığı qitə çempionatından 3 medal qazanıb. Buna qədər Rio-2016-ya vəsiqə qazananlar – Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş mükafata yiyələniblər.

Payam Qobadi Oğaz

Həmin kateqoriyadan