- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 18-ci turunun “Qəbələ” – “İnter” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “İnter”in futbolçusu Elvin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Oyunun 79-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirib, bu hakimin gözündən yayınıb. Oyunun videoyazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
1. Oyunun 79-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalanıb, klub 3000 manat cərimə olunub.
2. Matçın hakimləri haqqında Hakimlər Komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.