- Baxış sayı: 34
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 219
- Fevral 04, 2026
- 0

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara oyunçunun aliment borcu ilə bağlı şok açıqlamalar verib.
Allsport.az xəbər verir ki, “América TV”nin efirində danışan Vanda Nara futbolçunun hazırda 600 min dollar borcu olduğunu təsdiqləyib. O bildirib ki, İkardi qızları üçün maaşının cəmi 3 faizi qədər aliment ödəyir və ödənilməyən hər gün üçün məbləğin üzərinə yüksək faizlər gəlir.
Vanda Naranın sözlərinə görə, borca görə futbolçunun adadakı evinə həbs qoyulub: “Mən övladlarımın pulunu əllərindən almıram, əksinə, Mauronun ödəmədiyi xərcləri mən qarşılayıram. Onun vəkilləri borclu tərəfi müdafiə etmək üçün 30 min dollar alırlar, bu rüsvayçılıqdır”.
Cütlük arasında əmlak bölgüsü bir müddət əvvəl İtaliyada “50-nin 50-yə” düsturu ilə rəsmiləşdirilib.