“İl ərzində şəhidlərin xatirəsinə müxtəlif turnirlər keçiririk”

Bu gün “Sərhədçi” olimpiya-idman mərkəzində “Arpaçay” idman birliyinin təşkilatçılığı ilə 11-ci açıq karate yarışı start götürdü. Allsport.az saytı xəbər verir ki, 12 ölkədən 1300-dən artıq idmançının iştirak etdiyi tədbir barəsində “Arpaçay”ın 1-ci vitse-prezidenti Yavər Hüseynov bunu dedi:

“İlk növbədə, təşkilat komitəsinin rəhbəri olaraq, bu turniri işıqlandıran KİV nümayəndələrinə birliyimiz adından təşəkkürümü bildirirəm. Gənclər və idman nazirliyi ilə Azərbaycan karate federasiyasının dəstəyi sayəsində ildən-ildən bu yarış öz çevrəsini genişləndirir.

Məqsəd, vətən şəhidlərinin əziz xatirələrini yad etmək, idmanda kütləviliyi artırmaqdır. Ölkə başçısı İlham Əliyevin siyasənin davamı olaraq il ərzində şəhidlərin xatirəsinə müxtəlif turnirlər keçiririk”.

Həmin kateqoriyadan