- Baxış sayı: 35
- 21 Noyabr 2024 19:21
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Milli karate federasiyasının prezidenti Yaşar Bəşirov və yerli idman geyimi brendi “İl‘Azero”nun təsisçisi İlqar İmamquliyev görüşüblər. Allsport.az saytı xəbər verir ki, AMKF-in idarəsində baş tutan toplantıda tərəflər arasında yeni əməkdaşlıq müzakirə edilib.
3 il öncə karateçilərin idman geyimlərini bu şirkət təmin edib. Milli rəmzləri və naxışları özündə əks etdirən nəfis tikilişli dəstlər Polşada istehsal olunur və yurd dışında çox maraqla qarşılanır.
İlqar İmamquliyev yeni modellərdən ibarət kataloqda milli ornamentlər və atbributları daha baxımlı şəkildə təqdim edəcəklərini söyləyib və əməkdaşlıqdan məmnun olduğunu deyib.
Görüşün sonunda tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.