İlham Əliyev DTF-in prezidentini və BOK-un vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev, bu gün Dünya taekvondo federasiyasının (DTF) prezidenti Çunqvon Çunu və Beynəlxalq olimpiya komitəsinin vitse-prezidenti ser Mianq Nqni qəbul edib. Allsport.az xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, DTF-nin 50 illiyi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb.
Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd etdi ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın ATF ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib.
Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olundu, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib.

Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini dedi, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb.
Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edildi, 2016-cı ildə Rio de Janeyroda keçirilən olimpiya oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.

Həmin kateqoriyadan