- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, “Xilasedici” idman-sağlamlıq mərkəzində dünya taekvondosunun prezidenti Çunqvon Çu, Azərbaycan taekvondo federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq iştirak ediblər.
Tədbirdə əvvəlcə dövlət himnimiz səsləndirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca yarışda iştirakçı komandalar təqdim olunub.
Rəsmi çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib. Daha sonra turnir açıq elan edilib. Azərbaycan birinciliyinə 20 çəki dərəcəsində 446 taekvondoçu qatılıb.