- Baxış sayı: 44
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İsveçrənin Montrö şəhərində taekvondoçuların Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə4 idmançımız mübarizəyə qatılıb. Başlanğıc komandamız üçün uğursuz alınıb. 54 kq-da mübarizə aparan İlham Əliyev Mixail Artamanova (Rusiya), İlayda Qardələn Çiftçi (46 kq) ukraynalı idmançı İrina Romaldanovaya uduzublar.
Onlardan fərqli olaraq Məmmədalı Quliyev (58 kq) start görüşündə erməni rəqibi Haykaz Samvelyanlı minumal hesabla məğlub edib. Növbəti mərhələdə Belçika təmsilçisi Səlahəddin Bensaleh keçilməz olub. Digər idmançımız Məcid Sofiyev (54 kq) böyük britaniyalı Həssən Heydərə qalib gəlsə də, Stanislav Denisova (Rusiya) yenilərək, yarışı erkən başa vurub.