- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Taekvondo federasiyasının dəstəyi və “Ümid” klubunun təşkilatçılığı ilə 1-ci liqa kuboku keçirilib.
Allsport.az saytı xəbər verir ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzin komandası məşqçi Elməddin Vəliyevin rəhbərliyi ilə ölkə taekvondo tarixində ilk dəfə uşaq, yeniyetmə və gənclərdən ibarət 111 nəfərlik komanda ilə yarışa qatılıb.
Rəqabətdə 13 qızıl medalla birinci yeri tutan komanda İlk liqa və ilk komanda kuboklarına sahibi olub. 2 gün davam edən turnirdə 37 komandadan 625 uşaq, yeniyetmə və gənc taekvondoçu qüvvələrini sınayıb. Yarışlar Azərbaycan Boks Federasiyasının idman zalında keçirilib.