- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Afinada “DTF Prezident Kuboku”nun birinci günü ilk müjdə qadın taekvondoçumuzdan gəlib. Allsport.az saytı xəbər verir ki, 57 kq-da Yarpaq Əriş müvafiq olaraq Asimina Tzortzi (Yunanıstan), Laurygan Celin (Fransa), Raheleh Asemani (Belçika) və Patrisiya Adamkieviczi (Polşa) sıradan çıxararaq, yarımfinala adlayıb. Finala vəsiqə uğrunda döyüşdə rusiyalı Yekaterina Kimlə qarşılaşan təmsilçimiz, məğlub olaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, sayca ikinci olan G2 kateqoriyalı yarışda yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız 35 idmançı ilə təmsil olunur və bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa 30 aprel tarixində yekun vurulacaq.