İlk rəqiblər müəyyənləşdi

Parisdə “Böyük dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Dünya cüdo turu sıralamasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.

Paris “Böyük dəbilqəsinin təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 11:00-dan JudoTV-dən, final blokunu isə 20:00-dan etibarən “CBC Sport” telekanalından canlı olaraq izləyə bilərsiniz.

Kişilər

60 kq, 1/16 final
Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə

66 kq, 1/16 final
Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Ərbal Abbasbəyov (Qırğızıstan) cütünün qalibi ilə
Ruslan Paşayev – Yusif Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə

81 kq, 1/16 final
Səlim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə
Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə

100 kq, 1/16 final
Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)

+100 kq, 1/16 final
Uşanqi Kokauri – Marvin Belz (Almaniya)
Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)

Həmin kateqoriyadan