- Baxış sayı: 34
- 23 Mart 2026 22:29
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan kubokunun yarımfinalının cavab oyunları çərçivəsində “Qarabağ” – “Qəbələ” oyunundan (5:0) sonra, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikiri ilə tanış edir:
“Oyun barədə çox danışmaq istəmirəm. Ağır məğlubiyyət oldu. Müəyyən səbəblər var. Onları müzakirə etmək istəmirəm. Qarşıda 4 oyun var. Komanda şəklində həmin matçlara köklənmək və daha yaxşısına nail olmaq məcburiyyətindəyik.
İnanıram ki, toparlanacayıq və daha yaxşısını edəcəyik. 15-16 futbolçudan ibarət heyətimiz var. Zədəli və cəzalı olmaqları oyunlarımıza təsir edir. Futbolda xırdalıqlar olmur. Hər bir nüans komandaya təsir edir. Ruhdan düşmürük”.