- Baxış sayı: 26
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 206
- Fevral 04, 2026
- 0
“İnter” növbəti transferini həyata keçirib. Allsport.az xəbər verir ki, paytaxt klubu azad agent statuslu sağ cinah yarımmüdafiəçi Ruben Şakenlə 1,5 illik razılığa gəlib.
O, sabah komandanın Antalyadakı düşərgəsinə qoşulacaq. “Kambur”, “Vendam”, “Venlo” klublarında keçirdiyi 8 ildə 242 oyuna çıxıb və 167 qol vurub. Son 5 ildə isə
Hollandiya nəhənglərindən “Feyenoord”un uğurları üçün tər töküb. Bu klubda 113 oyunda 97 qol vurmaqla məhsuldarlığını bir daha göstərib. Niderland millisində isə 6 oyuna 2 dəfə fərqlənib.