- Baxış sayı: 162
- 16 Noyabr 2024 12:44
- Baxış sayı: 315
- Dekabr 02, 2024
- 0
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında U-15 Liqasının bəzi oyunlarında qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
U-17 Liqasının “Neftçi” – “İnter” matçı başa çatdıqdan sonra “İnter”in futbolçusu Emin Quliyev tribunadan meydana daxil olaraq hakimə fiziki təsir göstərib. Bundan başqa “İnter”in baş məşqçisi Arif Əmirxanovla “Neftçi”nin seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov da biri-birinə qarşı fiziki təsir göstərib.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
1. “İnter”in futbolçusu Emin Quliyev hakimə fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır.
2.“İnter”in baş məşqçisi Arif Əmirxanov, “Neftçi”nin seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov biri-birinə qarşı fiziki təsir göstərdiklərinə görə hər biri 10 oyun cəzalanır. Hər iki şəxsin texniki zonaya, stadionun dəhlizinə, soyunub-geyinmə otağına girişinə qadağa qoyulur.