Arazın o tayında repressiyalara etiraz olaraq, azərbaycanlı taekvondoçu millini tərk edib

İranda xalq etirazlarının yatırılması və repressiyalara etiraz əlaməti olaraq bir çox tanınmış idmançı, sənət adamı və aparıcı istefa verib. Allsport.az saytı xəbər verir ki, onlardan biri də taekvondo millisinin aparıcı azərbaycanlı üzvü Əkrəm Xudabəndədir.

O, Tehran yaxınlığında, Kərəcdə doğulub. Əslən Zəncan əyalətinin Xudabəndə şəhərindəndir. Güney azərbaycanlı özünün sosial media hesabında etdiyi paylaşımda 12 illik idman fəaliyyətindən sonra İran yığmasını tərk etmək qərarına gəldiyini yazıb.

Soydaşımızın zəngin karyerası var: 73 kq-da İslam oyunlarının qızıl (Palembanq-2013) və gümüş (Bakı-2017, Konya-2021) mükafatçısı, Asiya çempionatının qızıl (2022) və gümüş medalçısıdır (2014). Asiya oyunlarında 2-ci yer tutub (2014), Quançjou universiadada (2015) baş mükafata yiyələnib.

Həmin kateqoriyadan