İranın azərbaycanlı olimpiya mükafatçısı ölkədən qaçdı

Olimpiya oyunlarının mükafatçısı olan İran taekvondoçusu Kimiya Əlizadə siyasi səbəblərdən ölkəni tərk edib. Allsport.az xəbər verir ki, Azərbaycan əsilli idmançı sosial şəbəkə hesabında bu barədə məlumat yayıb:

“Dövlət adamları məni istədikləri kimi istismar edir, hara istəsəydilər, ora gedirdim. Onların dediklərini geyinirdim. Narahat ruhum sizin çirkli iqtisadi kanallarınıza və sıx siyasi lobbilərinizə sığmır. Taekvondo, təhlükəsizlik, xoşbəxt və sağlam bir həyatdan başqa heç nə istəmirəm. Hörmətli İran xalqı, mən fəsad və yalançı pilləkənlərə qalxmağı istmədim. Məni Avropaya dəvət edən olmayıb. Haqsız, yalan, ikiüzlü və yaltaqlıq masasında əyləşməmək üçün əziyyətə qatlaşmalı oldum. Qərarım olimpiya qızılını qazanmaqdan daha çətindir. Lakin harada olsam da, İran övladıyam”.

21 yaşlı idmançı 2016-cı ildə Rio olimpiya oyunlarında bürünc medal qazanıb.

Həmin kateqoriyadan