- Baxış sayı: 69
- 24 Mart 2025 20:08
- Baxış sayı: 41
- Aprel 11, 2025
- 0
Dubayda karate üzrə dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) final görüşünü keçirib.
Onun rəqibi italiyalı Silvia Semeraro olub. Qarşılaşmadan qələbə ilə ayrılan təmsilçimiz, karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.
Asiman Qurbanlı isə bürünc medal görüşünə çıxıb. 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.