- Baxış sayı: 54
- 16 Dekabr 2024 20:47
- Baxış sayı: 370
- Yanvar 10, 2025
- 0
Karate millimizin üzvü İrina Zaretska “Baku open” turnirinin açılış mərasimində fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, turnirin Rafael Ağayevin yubileyinə həsr olunmasına sevindiyini deyib:
“Turnirin Rafael Ağayevin yubileyinə həsr edilməsi sevindiricidir. Onunla komanda yoldaşı olmaqdan məmnunam. Hər zaman Rafael kimi olmaq istəmişəm. O, uşaqlıdan mənim üçün nümunədir. Hər ikimiz olimpiadada çıxış edəcəyik. Mötəbər yarışa hazırlaşmaq üçün vaxtımız var.
Əsas hədəf indi Avropa çempionatıdır. Bir dəfə komanda yarışında qitə çempionu olmuşuq. Bunu yenə təkrarlamaq istəyirik. Bu turnirdən sonra olimpiya oyunlarına hazırlaşacağıq. Ən böyük arzum Tokio-2020-də Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır”.