İsmayıl İsmayılov: Azərbaycan yeganə ölkədir ki, idman dövlət səviyyəsində qayğısı göstərir

Xəbər verdiyimiz kimi, İngiltərənin Mançecter şəhərində taekvondo üzrə dünya çempionatında millimiz 2 medal qazanıb. Allsport.az saytı xəbər verir ki, bu gün GİN-də komanda ilə görüş oldu. Toplantıda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov uğuru yüksək qiymətləndirdi:

“154 ölkə arasında kişilərin komanda hesabında 5-ci, qadınlarda 7-ci olmaq böyük uğurdur. Azərbaycan yeganə ölkədir ki, idman dövlət səviyyəsində qayğısı göstərir və bu gün də idmançılarımız dövlət başçısının etimadını doğruldur.

İnkişafda olan idman növlərindən bir də taekvondodur. Bu idman növündə Olimpiya, dünya çempionlarımız var və bu da göstərir ki, onlar düz yoldadır”.

Həmin kateqoriyadan