- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Xəzər Lənkəran”ın düşərgəsini özbaşına tərk edən Qalin İvanov Bolqarıstan mətbuatına açıqlama verib. Allsport.az xəbər verir ki, bolqar futbolçu klubu tərk etməsinin səbəbini açıqlayıb.
İvanov bildirib ki, “Xəzər Lənkəran”dan müqavilə şərtləri yerinə yetirilmədiyi üçün ayrılıb: “Klubun yerinə yetirilməyən şərtləri səbəbindən “Xəzər Lənkəran”la müqaviləmi ləğv etdim”.
Qeyd edək ki, “Xəzər Lənkəran” tərəfi onun bu hərəkətini cavabsız qoymaq fikrində deyil. Cənub təmsilçisi FİFA-ya müraciət edərək, futbolçunun cəzalanmasına nail olmaq istəyir.
İvanov isə hazırda Sofiya “Levski”sinin düşərgəsindədir və qış fasiləsi zamanı bu klubla müqavilə bağlamağa hazırlaşır.