- Baxış sayı: 39
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Futzal millinin baş məşqçisi Joze Alesio Da Silva Belarus yığmasına qarşı növbəti yoldaşlıq oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, braziliyalı mütəxəssis 2:4 hesablı yenilgidən sonra bunu söyləyib:
“Bu dəfə fərqli oyun gördük. Daha doğrusu, uşaqların oyuna yanaşması məni qane etdi. İntizamlı və istəkli idilər. Ancaq səhvlərimiz oldu. Bu səhvlər də mövsümün əvvəlinə xarakterikdir. Uzunmüddətli hazırlıq keçmək üçün vaxtımız olmadı. Çempionat hələ başlamayıb, oyun təcrübəsinə ehtiyac var.
Daxili birincilik başladıqdan sonra futzalçılar formasını bərpa edəcəklər. Yenə deyirəm, uduzmağı heç kim istəmir. Ancaq yoldaşlıq oyunlarının vacibliyi də məhz səhvləri, çatışmazlıqları görmək, təsbit etmək üçündür. Hansı planda daha çox işləməli olduğumuzu aydınlaşdırdıq”.