- Baxış sayı: 39
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Avqustun 15-dən Bakıda olan futzal millimiz təlim-məşqi davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Joze Alesio da Silva hazırlıqla bağlı bunu deyib:
“Həqiqətən də, çətin oyunlar olacaq. Mövsüm hələ başlamayıb, oyunçular məşqlərə bir müddət əvvəl start verib. Belarus istənilən komanda üçün çətin rəqibdir. Bu iki oyun bizim üçün dünya çempionatının seçmə oyunlarına hazırlıq baxımından vacibdir. Düzdür, sentyabrda daha bir toplanışımız olacaq və daha güclü rəqiblərlə birgə turnirdə iştirak edəcəyik. Ona qədər bu 2 oyundan maksimum istifadə etməliyik”.
Avqustun 24-dək Bakıda hazırlaşacaq milli ertəsi gün Minskə yola düşəcək. Belarusla oyunlar isə avqustun 26-da və 28-də keçiriləcək. İlk matç Minskdə, digər qarşılaşma isə Borisov şəhərində olacaq.